“Az Thermo King” MMC iqtisadi fəaliyyət əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.
Hit.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə iş başlanıb.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Martın 19-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.
İclas hakim Murad Məmmədovun sədrliyi ilə keçiriləcək.
430.4-cü maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır. Bu maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Anar