Dolları olanların nəzərinə: Nə baş verir? - VİDEO

İQTİSADİYYAT
11:47 / 10.03.2024
827

Uzun müddətdən sonra dollar üzrə faiz dərəcəsi aşağı salına bilər. ABŞ Federal Ehtiyat Sisteminin Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildə baza faiz dərəcəsini endirəcəyi ilə bağlı xəbərlər yayılıb.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, FED baza dərəcəsini 5,25-5,5 səviyyəsində saxlayıb.

Onun sözlərinə görə, ABŞ-da inflyasiyanın davamlı şəkildə azalması müşahidə edilir. Əgər proses belə davam etsə, il ərzində uçot dərəcəsinin enidirlməsinə şərait yaranacaq.

Ekspert deyir ki, uçot dərəcəsinin çox yüksək olması Amerika iqtisadiyyatının müəyyən sahələrində durğunluğa səbəb olur.Xalid Kərimli qeyd edib ki FED faiz dərəcəsini azaltamağa qərar versə, bu dolları dünya bazarında ucuzlaşdıracaq.

O, əlavə edib ki dollar ucuzlaşsa bu manatın məzənnəsinə ciddi təsir etməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

0