Azərbaycanda bu şəxslərə pul kompensasiyası veriləcək

İQTİSADİYYAT
14:06 / 12.03.2024
383

Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir.

"Report"un xəbərinə görə, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı təzimləmənin təkmilləşdirilməsi məqsədilə Əsasnaməyə ayrıca fəsl əlavə olunur.

Bu çərçivədə Əsasnaməyə yeni təminatlar - vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyasının verilməsi, vergi orqanının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilir.

0