“CPM İnvest”in aktivləri 14 milyon manatdan çox azalıb

İQTİSADİYYAT
23:42 / 12.03.2024
165

Ötən il “CPM İnvest İnvestisiya Şirkəti”nin aktivləri 6 dəfə azalıb.

İqtisadiyyat.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il investisiya şirkətinin xalis mənfəəti əvvəlki illə müqayisədə 30.3% və ya 381.4 min manat artaraq 1 milyon 642.2 min manat təşkil edib.

Hesabat dövründə şirkətin ümumi gəlirləri 2022-ci illə müqayisədə 45.7% artaraq 3 milyon 554.5 min manata, əməliyyat mənfəəti isə 30.3% artaraq 2 milyon 52.7 min manata bərabər olub.

Ötən il “CPM İnvest İnvestisiya Şirkəti”nin aktivləri kəskin azalıb. Belə ki, 2023-cü ildə şirkətin cəmi aktivləri 2022-ci illə müqayisədə 5.9 dəfə və ya 14.2 milyon manat azalaraq 2 milyon 904.6 min manat olub. 2022-ci ildə investisiya şirkətinin cəmi aktivləri 17 milyon 80.9 min manat idi.

Ötən il şirkətin cəmi öhdəlikləri əvvəlki illə müqayisədə 32.7 dəfə azalaraq 462.4 min manat, cəmi kapitalı isə 23.3% artaraq 2 milyon 442,2 min manat təşkil edib.

0