"Azərbaycanın su ehtiyatları bir ilə bəs edə bilər"

İQTİSADİYYAT
22:01 / 13.03.2024
206

“2020-ci ildən bu yana Azərbaycanda su anbarlarında təqribən 5 milyard kubmetrdən çox su toplanıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi Beynəlxalq Konfransında (“Baku Water Week Conference”) deyib.

“Bu, ciddi tənzimləmə, dürüstləşdirmə və qrafiklər nəticəsində olub. Ötən ilə nisbətən anbarlarda olan su ehtiyatları 3 milyard kubmetr daha çoxdur. Bunlar yaxşı nəticələr olsa da, uzunmüddətli strategiyaya və inkişaf yoluna baxdıqda toplanan su bir il və ya ilin yarısına bəs edəcək həcmdədir”, - deyə o qeyd edib.

Ə.Şirinov hesab edir ki, iqlim dəyişiklərinin sürətini urbanizasiyanı və əhalinin artımını nəzərə alsaq Azərbaycan qətiyyətlə yeni müasir texnologiyaların istifadəsinə, yeni əməkdaşlıqlara açıq olmalıdır.

0