Yol nişanları və svetoforlara bu qurumlar məsul olacaq

İQTİSADİYYAT
22:59 / 13.03.2024
187

Azərbaycanda yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

HİT.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

“Yol hərəkəti haqqında” Qanuna əsasən, yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə tətbiq olunur.

Bu halda yol nişanlanmasına və yol nişanlarının tətbiqinə münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla), svetoforların tətbiqinə münasibətdə isə Daxili İşlər Nazirliyi məsul qurum kimi müəyyənləşib.

 

0