İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "MyGov” rəqəmsal hökumət platforması İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin beynəlxalq "WSIS Prizes” müsabiqəsinin siyahısında yer alıb. "MyGov” platforması müsabiqəyə "İKT tətbiqləri: həyatın bütün aspektlərində faydalar — Elektron hökumət” kateqoriyası üzrə daxil edilib.
"MyGov” platforması ilə yanaşı, Azərbaycandan daha 4 layihə də ( "Əlillik" altsistemi , "Əmək və Məşğulluq" altsistemi ,"Yaşıl gələcək" layihəsi "Hökumət Buludu" layihəsi ) siyahıya daxil edilib.
Müsabiqənin növbəti mərhələsi ictimaiyyət üçün açıq olan səsvermə prosesidir. Azərbaycandan olan layihələrin növbəti mərhələyə keçməsi üçün səsvermədə iştirak etmək mümkündür.
WSIS saytında qeydiyyat və "WSIS Prizes” səhifəsində səsvermə üçün keçid: Log in | WSIS Stocktaking Platform (itu.int)
Qeydiyyat üçün keçid: //www.itu.int/.../wsis/stocktaking/Account/Register…
Qeyd edək ki, "MyGov” platforması əsas dövlət xidmətlərinə vahid və rahat çıxışı, eləcə də vətəndaşlar üçün əlçatanlığı təmin edir, səmərəliliyin artırılması üçün prosesləri sadələşdirir.
Xatırladaq ki, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə şərait yaradan çoxsaylı maraqlı tərəflərin platformasıdır. Bu tədbir inkişafda olan informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya mübadiləsi və qabaqcıl təcrübələrin bölüşdürülməsi baxımından unikal imkanlar yaradır.