"Svit Haus" MMC-nin 12,3 milyon manatdan çox vergi borcu var

İQTİSADİYYAT
22:20 / 14.03.2024
333

"Svit Haus" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yığılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda vergi borcu 12 374 228,51 manat təşkil edir.

Şirkətin bu qədər vergi borcunun yaranması təəccüb doğurur.

Nəzərə alaq ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, "Svit Haus" MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb. Şirkət çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. "Svit Haus" MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17790 manat olan şirkətin qanuni təmsilçisi İmdad Dursunovdur.

0