Milli Məclis Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını qəbul edib.
HİT.az xəbər verir ki, hesabat parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədi Baş nazir Əli Əsədov təqdim edib.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
11.16
Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunur.
HİT.az xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.
İclasda hökumət üzvləri də iştirak edir.