İki şirkəti olan iş adamının Azərbaycandan çıxışına "stop" qoyulur

İQTİSADİYYAT
14:50 / 18.03.2024
307

"Formul" və "Macis Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbəri Cəlil Əhmədovun Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi C.Əhmədov barəsində məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

İş hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmə ərizəni təmin etsə, C.Əhmədovun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, Əhmədov Cəlil Mirqiyas oğlu "Formul" və "Macis Consulting" şirkətlərinin qanuni təmsilçisidir. "Formul" 2021-ci ildə, "Macis Consulting" isə 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Hər iki şirkət bir sıra tenderlərin qalibi olub.

0