Boşanmadan sonra ailənin daha öncə almış olduğu bank borcunu kim ödəməlidir?

17:35 / 18.03.2024
308

Redaksiyamıza boşanma ilə bağlı iki sual daxil olub.

Əminə Hətəmova soruşur ki, “ərindən ayrılmaq istəsə də, o buna razılıq vermir.Necə boşana bilərəm?”.

İkinci sualı Xatun Əhmədova göndərib. O bildirib ki, boşandıqdan sonra ərinin kredit borcunu onun ödəməsi tələb olunur. Bu nə dərəcədə doğrudur?

Hər iki sualla bağlı Hit.az-a açıqlama verən hüquqşünas İlyas Qasımlı bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, tərəflərdən biri boşanmaq ərizəsi yazarsa məhkəmə açıla bilər. 

“Boşanmaq istəyən şəxs qeydiyyatda olduğu yer üzrə məhkəməyə lazımı sənədlərlə müraciət edir. İlk növbədə ərizə yazır və səbəb göstərir. O boşanmaq istədiyi şəxsin ( cavabdehin) yaşadığı ünvan üzrə məhkəməyə müraciət etməlidir. Lakin istisnalar var. Yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə öz yaşadığı yerə görə ərizə verə bilər”, deyə o qeyd edib.

“O ki qaldı, ərinin borcunu ödəmək məsələsinə. Nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.  Ama onlardan  hansısa birinin adına qoyulan əmanət onların şəxsi mülkiyyəti sayılır və ümumi əmlak kimi bölünmür. Ər-arvadın adına olan borc onlar boşandıqdan sonra borc kimin adınadırsa, ondan tələb olunur. Belə hal yaranmasın deyə, tərəflər boşanarkən , bank borclarının və əmlakın bölünməsinə dair ayrıca məhkəmə davası açmalıdırlar”, deyə hüquqşünas vurğulayıb.

Murad

0