1,8 milyon vergi borcu olan MTK bu şirkətlə birləşir

İQTİSADİYYAT
19:42 / 19.03.2024
368

Azərbaycanda eyni adama məxsus iki şirkət birləşir.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, söhbət "Abşeron-M" MTK və "Tau Compleks" şirkətlərindən gedir.

Belə ki, "Abşeron-M" MTK  "Tau Compleks" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

Əldə etdiyimiz digər məlumata görə, "Abşeron-M" MTK-nın hazırda yığılmış vergi borcu 1 863 130 manat təşkil edir. 

Qeyd edək ki, hər iki şirkətin qanuni təmsilçisi Orxan İsgəndərzadədir. "Abşeron-M" MTK 2016, "Tau Compleks" isə 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

0