İpoteka götürən şəxsdən bu hallarda ödəniş tələb edilə bilməz - VİDEO

İQTİSADİYYAT
21:51 / 24.03.2024
422

Sığortalı ipoteka kreditlərinə görə varislərdən ödəniş tələb edilə bilməz.

Əksər hallarda kredit götürəndən bir müddət sonra borcalan dünyasını dəyişərsə, qalan məbləğin kim tərəfindən ödənilməsi məsələsi gündəmə gəlir.

Bəzi vətəndaşlar hətta buna görə ipoteka krediti üçün müraciət etməyə belə çəkinirlər.

Xezerxeber.az-ın məlumatına görə, sığorta eksperti Şəhriyar Məcidov deyir ki, kredit verilən zaman banklar tərəfindən risklərlərlə bağlı tədbirlər görülür. Onun sözlərinə görə, ipoteka krediti götürüldükdən sonra vətəndaşa əllilik dərəcəsi təyin olunduğu halda qalan borc sığorta şirkəti tərəfindən ödənilir.

Ekspert qeyd edib ki, qaydalar daxili ipoetka kreditləri üçün də keçərlidir. Çünki ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası vacib şərtlərdəndir.

Ekspert əlavə edib ki, ipoteka götürülən zaman həyat sığortası olduğu halda, vərəsə üçün öhdəlik yaranmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

0