Ən çox hansı ölkələrlə ticarət edirik? - SİYAHI

İQTİSADİYYAT
13:27 / 26.03.2024
276
2024-ci ilin ilk iki ayında Azərbaycanın əsas ticarət tərəfdaşları məlum olub.
 
Modern.az-ın Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən apardığı hesablamalara görə, yanvar-fevral aylarında Azərbaycan ən çox İtaliya, Türkiyə, Rusiya, İsrail, Çin ilə ticarət edib.
 
İlin ilk iki ayında ölkəmizin əsas ticarət tərəfdaşı İtaliya olub. Qeyd olunan müddətdə ümumi ticarət dövriyyəsi 7.2 milyard dollar olub, bunun 25 faizi, təxminən 1.8 milyard dolları İtaliyanın payına düşüb.
 
Türkiyə ilə ticarət 1 milyard dollara yaxın olub. Qardaş ölkə Azərbaycanın ticarət dövriyyəsində 14%-lik paya sahib olub. 
 
 
Əsas ixracat etdiyimiz ölkələr İtaliya, Türkiyə, İsrail olub. Çin, Rusiya, Türkiyə isə idxalda əsas ölkələr sırasındadır.
 
0