Azərbaycanda kakao bahalaşaq? - Ekspertdən AÇIQLAMA

İQTİSADİYYAT
13:11 / 27.03.2024
359

Dünya bazarında kakaonun qiyməti rekord həddə bahalaşıb. 

Artıq kakaonun bir tonunun qiyməti 10 min dolları ötüb. Bu isə son 46 ilin ən yüksək göstəricidir. 

Bəs bu artıma səbəb nədir? Azərbaycan bazarlarında kakao qiymətlərində hansısa bahalaşma gözlənilir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Elçin Rəşidov bildirib ki, bu il iqlim şəraiti ilə əlaqədar olaraq kakao məhsulu az olub:

346627

"Buna görə də təklif azalıb. Dünya bazarında təklif azalanda kakaodan istifadə edən sənayelər və şokolad istehsalçıları kakao ehtiyatlarını artırırlar. Çünki onlar uzunmüddətli planlaşdırma aparırlar. Yəni onlar kakaoları alıb anbarlara yığdığı üçün qiymətlər bir qədər də bahalaşır. 

Amma belə məhsulların bahalaşması dayanıqlı olmur. Yəqin ki, qiymətlər növbəti ilin məhsulunda öz tarazlığını tapacaq. Həmçinin, uzunmüddətli perspektivdə kakao istehsalına qoyulan investisiya da arta bilər. Çünki qiymətin baha olması investorları bu sahəyə cəlb edəcək". 

Ekspertin sözlərinə görə, Azərbaycanda da kakao qiymətlərinin artması gözlənilir:

"Azərbaycanda kakao nisbətən az istifadə edilir. Bizdə daha çox kakaodan hazırlanan məhsulları istehlak olunur. Lakin dünya bazarında onların hər birinin qiymətində artım olacaq. Bu bahalaşma isə Azərbaycan bazarında da özünü göstərəcək". 

Pərviz

0