Bakıda bu evlər bahalaşdı

İQTİSADİYYAT
15:03 / 28.03.2024
301

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub.

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb yenə də stabildir.

Yaşayış binalarında olan mənzillərdə 0.4 faiz aylıq qiymət artımları müşahidə olunub. Qeyri-yaşayış sahələrində 0.9 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər dəyişməyib.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib.

 

0