Parklanma qiymətləri nə üçün fərqlidir? - Ekspert danışdı

İQTİSADİYYAT
15:10 / 29.03.2024
431

Son günlərdə Azərbaycanda avtomobil dayanacaqlarının qiymətləri müzakirə mövzusuna çevrilib. 

Daha doğrusu, parklanma xidmətlərinin bahalaşmasını gündəmdədir. Belə ki, Bakıda parklanma qiymətləri 2 dəfədən çox bahalaşıb. Sürücülərin əksəriyyəti yeni tariflərin çox baha olmasından gileylənirlər. 

Ümumiyyətlə, parklanma qiymətlərinin əraziyə əsasən fərqli olması nə ilə bağlıdır? 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında parklanma qiymətlərinin fərqli olmasının səbəblərindən danışıb:

346777"Avtomobil dayanacaqların müxtəlif qiymətlərdə təqdim olunmasının əsas səbəbi ölkə ərazisinin, xüsusilə paytaxtın zonalara bölünməsidir. Yəni mərkəzi zona, mərkəzə yaxın zona və ya şəhərlərin mərkəzi ərazilərində parklanma qiymətləri fərqlənir".

Ekspert qeyd edib ki, xüsusən Bakının mərkəzi hissələrində və tarixi məkanlara yaxın ərazilərdə bu qiymətlərin baha olması özünü açıq şəkildə biruzə verir:

"Məsələn, Nizami küçəsinə yaxın olan kəsişmələr və ya birləşmələrə yaxın olan dayanacaq qiymətləri ilə Bakının digər ərazilərindəki parklanma qiymətləri fərqlənir. Əslində bu da təbiidir. Qiymətlər həm də yaşayış zonalarına əsasən tənzimlənir. Bununla bağlı yekun qərarları isə aidiyyəti qurumlar verir". 

Pərviz

0