Əmlak ekspertləri bildirirlər ki, tikinti şirkətlərinin təmir etdikləri mənzillər əksər hallarda keyfiyyətsiz olurlar.
Əmlak eksperti Nüsrət İbrahimov bildirib ki, bır sıra şirkətlər təmirə qənaət məqsədilə bəzən keyfiyyətsiz materiallardan və peşəkar olmayan usta əməyindən istifadə edirlər:
"Bu da sonda təmirin keyfiyyətsizliyinə dəlalət edir".
Bəs vətəndaş mənzil-tikinti kooperativindən təmirli ev almaq qərarına gəlibsə, nəyə fikir verməlidir?
Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, təmirli binadan mənzil alarkən və həmin evə baxış keçirərkən peşəkar ustalara müraciət edilməlidir.
Daha ətraflı Baku TV-nin süjetində: