Bir müddət əvvəl 500 manata təklif olunan alça kəskin ucuzlaşıb - VİDEO

İQTİSADİYYAT
14:40 / 31.03.2024
425

Bazarlarda bir-iki həftə əvvəl 1 kiloqramı 400-500 manata təklif olunan alça indi 100 manata satılır.

Mart ayının əvvəllərində bazarlarda kilosu 500 manata satılan alçaların qiyməti enib. 

Satıcılar deyirlər ki, qiymətin enməsinə səbəb mövsümün yaxınlaşmasıdır. Satıcıların sözlərinə görə, alça üçün müraciət edən alıcıların sayı kifayət qədər çoxdur.

Əksər alıcılar isə  bu məhsulu almaq üçün mövsümü gözlədiklərini bildiriblər.

0