Azərbaycan dünya miqyasında investisiya üçün cəlbedici ölkə statusunu gündən-günə gücləndirir.
Ölkədə yaradılmış siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin uğurla həyata keçirilməsini təmin edir.
Azərbaycana birbaşa xarici investisiya qoyuluşu artır.
Məlumat üçün bildirək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi məbləği 6,7 milyard dollar təşkil edib.
Bu, 2022-ci illə müqayisədə 6,1 faiz çoxdur.
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 69,9 faiz təşkil edib.
Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2 milyard dollar olub.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana birbaşa xarici investisiya qoyan ilk 5 ölkə aşağıdakılardır:
- Böyük Britaniya (1,9 milyard dollar),
- Türkiyə (1,3 milyard dollar),
- Kipr (792 milyon dollar),
- Rusiya (617 milyon dollar),
- İran (396 milyon dollar).
Birbaşa xarici investisiyaların artmasının səbəbi və əhəmiyyəti nədir?
Millət vəkili Vüqar Bayramov Hit.az-a açıqlamasında deyib ki, son zamanlar ölkə iqtisadiyyatına yatırılanxarici investisiyaların həcmi artıb. Yalnız enerji sektoru deyil, enerjidən kənar sahələrə də investisiya cəlbi müşahidə olunur:
"Qeyri neft sektorunun inkişafı üçün investisiya cəlbi əhəmiyyətlidir. Pozitiv tendensiyanın davam etməsi növbəti dövr üçün Azərbaycan iqtisadiyyatında sərmayələrin artmasına səbəb olacaq"
Sevinc