Bu şəxslərə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək

İQTİSADİYYAT
15:01 / 04.04.2024
358

Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək.

HİT.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək:

"Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

0