Adətən paytaxtda mərkəzi küçələr çox baxımlı olsa da, ətraf qəsəbə və kəndlərdəki küçələr, məhəllələr arası yollar barədə eyni sözü demək olmur.
Çox zaman belə küçələrin sakinləri baxımsızlıqdan əziyyət çəkir, şikayət etmək istərkən kimə üz tutacaqlarını bilmirlər.
Hit.az-a açqılama verən hüquqşünas Elçin Babayev bildirib ki, Bakı şəhərində məhəllələr arası küçə və yolların təmiri ilə icra hakimiyyətləri məşğul olur.
“Ətraf rayonlarda küçələrin təmiri ilə Azəravtoyol yox, müvafiq İcra hakimiyyəti məşğul olmalıdır. Ona görə, vətəndaşlar öz şikayətlərini ərazi üzrə İcra Hakimiyyətinə ünvanlandırmalıdırlar. Bələdiyyələr bu anlamda söz sahibi deyil”,- deyə o bildirib.
Murad