Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

İQTİSADİYYAT
12:19 / 23.04.2024
257

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib.

HİT.az Report-a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

0