“Naxçıvan Bank” bu ilin ilk rübünü 5,3 milyon manat xalis mənfəətlə başa vurub.
İqtisadiyyat.az xəbər verir ki, bu da ilik müqayisədə 235 min manat və ya 4,6% çoxdur.
Hesabat dövründə bankın faiz gəlirləri 2,87 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 milyon manat və ya 2,1 dəfə azdır.
Bunun da 2,3 milyon manatı kreditlərdən əldə edilmiş faiz gəlirlərinin payına düşüb ki, bu da ilik müqayisədə 2,24 milyon manat və ya 49,3% azdır.
Bankın faiz xərcləri isə son bir ildə 27,4% artaraq 498 min manat təşkil edib.
Beləliklə, bankın xalis faiz gəlirləri cari ilin I rübündə 2,39 milyon manat olub. Bu da illik müqayisə ilə 3,2 milyon manat və ya 2,3 dəfə azdır.
Bankın qeyri faiz gəlirləri 300 min manat, qeyri faiz xərcləri 1 milyon 979 min manat təşkil edib. Gəlirlər son bir ildə 944 min manat və ya 4,1 dəfə , xərclər isə 527 min manat və ya 21% azalıb.
Nəticədə, bankın əməliyyat mənfəəti 709 min manat olub. Bu da illik müqayisə ilə 3,6 milyon və ya 6,1 dəfə azalma deməkdir.
Qeyd edək ki, 2023-cü ilin ilk rübündə bu göstərici 4,33 milyon manat təşkil edib.