"Uçot dərəcəsinin enməsi kredit faizlərinə təsir edəcək"

İQTİSADİYYAT
17:50 / 01.05.2024
349

"Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddi 8.5%-dən 8.25%-ə endirilməsi kredit faizlərinə təsir etməyəcək”.

Bu sözləri bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsini endirməsi gözlənilən idi. Çünki makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi buna zəmin yaradır:

"Məlumat üçün deyim ki,Mərkəzi Bankın məcburi ehtiyyat norması ötən il artıb. Mərkəzi Bank məcburi ehtiyat normasını xüsusilə böyük banklar üçün artırıb. Ehtiyat norması lazımi səviyyədə olduğu üçün kredit faizlərində dəyişiklik gözlənilmir.

Sevinc

0