"Təchizat BV" Məhdud Məsuliyyətli Cəmiyyəti müflis elan olunması ilə bağlı məhkəməyə müraciət edib.
İqtisadiyyat.az xəbər verir ki, şirkət bununla bağlı Şirvan Kommersiya Məhkəməsində iddia qaldırıb.
Şirkətin iddiası hakim Elşən Abdullayevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "Təchizat BV" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Kürdəmir şəhərində yerləşir. Qanuni təmsilçisi isə Baxşıyev Vasif Kamal oğludur.