Müxtəlif tur şirkətləri tərəfindən ölkənin mütəlif bölgələrinə səfərlər təşkil olunur. Səfər zamanı turistlər səyahət sığortası edilmir.
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm Hit.az-a deyib ki, vətəndaşlar tura getmədən ciddi araşdırma aparmalı, ucuz qiymətə aldanaraq, tanınmayan şəxslərin təklif etdikləri turlardan istifadə etməməlidir:
“Əsas qiymətə yox, keyfiyyətə üstünlük verilməlidir. Hər bir turdan istifadə edən şəxs mütləq səfər sığortası vasitəsilə sığortalanmalıdır. Belə hadisələrdən heç kim sığortalanmayıb. Vətəndaşlar səfərə gedən zaman sığorta etdirməlidirlər. Sığorta olunan zaman turların qiyməti baha olduğu üçün insanlar ucuz turlar seçirlər. Ölkədaxili turlarla məşğul olan şirkətlər müştəriləri səyahət sığortası etməkdə maraqlı deyil. Şirkətlər buna səbəb kimi turların bir günlük və ucuz olmasını əsas göstərir”.
Sevinc