Çörəyin qiyməti ucuzlaşır? - AÇIQLAMA 

İQTİSADİYYAT
11:12 / 03.05.2024
515

Azərbaycanda çörəyin qiyməti yenidən müzakirə mövzusuna çevrilib.

Son günlərdə çörəyin ucuzlaşa biləcəyi ilə bağlı iddialar yayılmaqdadır. Ekspertlər unun qiymətinin ucuzlaşmasına görə çörəyin qiymətinin 5 qəpik ucuzlaşma ehtimalının olduğunu deyirlər. Belə olacağı təqdirdə, zavod çörəyi 50 qəpiyə satıla bilər.

Bəs bu iddialar nə dərəcədə doğrudur? Azərbaycanda çörəyin ucuzlaşması gözlənilir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, çörəyin qiyməti ucuzlaşa bilər:


"Bu, kifayət qədər məntiqli gözləntidir. Çünki Azərbaycanın əsas ərzaqlıq buğda aldığı ölkə Rusiyadır. Rusiyanın satdığı buğdanın qiyməti də cari ilin ilk üç ayında aylarında 16 faiz, təkcə mart ayında isə 9 faiz ucuzlaşıb. Demək olar ki, buğdanın qiymətində pandemiyadan sonra yaşanan artımlar azalır. 

Əgər iki il bundan öncə Rusiya buğdasının (FOB Novorossiysk) tonu 400 dollardan çox idisə, keçən ilin mart ayında bu rəqəm 300 dolların üzərində idi. Bu ilin martında isə sözügedən qiymətlər 202 dollara qədər düşüb. Yəni son 2 ildə Rusiyanın satdığı buğda qiymətləri 2 dəfə ucuzlaşıb. Bu baxımdan da, Azərbaycanda da çörəyin qiymətinin ucuzlaşmasını gözləmək məntiqlidir".

Pərviz

0