Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? - VİDEO

İQTİSADİYYAT
14:22 / 05.05.2024
359

İndiyə qədər Bakıda genişləndirilən heç bir yol tıxac problemini həll etməyib. Ekspertlər yeni salınan yolun da tıxacı aradan qaldırmayacağı qənaətindədirlər.

Söhbət Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər salınacaq yeni yoldan gedir.

Mövzuya yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov münasibət bildirib.

Onun sözlərinə görə, əvvəllər də bəzi yollarda hərəkət zolaqları dəfələrlə genişləndirilib. Lakin mümkün tıxac probleminin qarşısını almaq mümkün olmayıb.

Ekspert bildirib ki, yeni yol bəzi küçələrin nəqliyyat yükünü azaldacaq. Amma tıxacın həlli üçün piyadayönümlü şəhər infrastrukturu qurulmalıdır.

Qeyd edək ki, yolun ümumi uzunluğu 3896 metr olacaq. Hazırda layihə çərçivəsində "Ulduz" metrostansiyasından Ələsgər Qayıbov küçəsi istiqamətində ağır texnikaların və avadanlıqların əraziyə daşınması işləri görülür.

0