Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı

İQTİSADİYYAT
10:47 / 06.05.2024
323

“Şamaxı Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri İlqar Əfəndiyev vəzifəsindən azad edilir.

İqtisadiyyat.az xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazıb.

İdarə Heyətinin sədrinin ərizəsinə cəmiyyətin iyunun 8-də keçiriləcək növbədənkənar ümumi yığıncağında baxılacaq və qərar qəbul ediləcək. Onunla əmək müqaviləsinə xitam veriləcək.

Yığıncaqda həmçinin İdarə Heyətinə yeni sədr və üzvlər seçiləcək.

Qeyd edək ki, “Şamaxı Şərab-2” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 650 308 manatdır. ASC-nin hazırda qanuni təmsilçisi İdarə Heyətinin sədri vəzifəsində çalışan İ.Əfəndiyevdir. 

0