Metrodan istifadə edənlərin sayını artıran 3 SƏBƏB

İQTİSADİYYAT
12:15 / 07.05.2024
435

Aprel ayıda "Bakı Metropoliteni"ndən istifadə edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artıb.

Bunu "Bakı Metropoliteni" "Report"un sorğusuna cavab olaraq bildirib. Qeyd olunub ki, apreldə toplam 20 milyon 510 min 190 sərnişin daşınıb. Həmçinin, gün ərzində metrodan istifadə edən sərnişin sayının da 683 min 673 sərnişin olduğu diqqətə çatdırılıb. 

Maraqlıdır, metrodan istifadə edənlərin sayının artmasına səbəb nədir? 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, "Bakı Metropoliteni"ndən istifadə edən sərnişinlərin artmasının üç səbəbi var:

349587

"Birincisi, fəsillə bağlıdır. Yəni ilin işlək və hərəkətləri dövrlərində metrodan istifadə edənlərin sayında artım olur. Yəni hava nə qədər xoş olarsa, səyahətlər də bir o qədər uğurlu olur. 

İkincisi də keçən illə müqayisədə marşrut tənzimləmələrində stimulverici addımların atılmasıdır. Belə ki, bu il marşrut xətləri daha çox metropolitenin ərazilərindən keçir. 

Üçüncü səbəb olaraq da paytaxtımızda keçirilən müxtəlif oyunlarda metrodan istifadə edən sərnişinlərin sayının artmasına gətirib çıxarmasıdır". 

Pərviz

0