“Karkas” ASC-nin direktoru Mahmudov İlham İsa oğlu vəzifəsindən azad edilir.
İqtisadiyyat.az xəbər verir ki, onun işdən çıxarılması ilə bağlı ərizəsi şirkətin səhmdarlarının iyunun 21-də keçiriləcək ümumi yığıncağnda qəbul ediləcək.
Eyni zamanda yığıncaqda şirkətə yeni direktor seçiləcək.
Bundan əlavə, ASC-nin 2023-cü il üzrə illik maliyyə hesabatının və mühasibat balansını, mənfəət və zərər hesablarının təsdiq edilməsi və digər məsələlər də gündəliyə daxil edilib.
Xatırladaq ki, “Karkas” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 755002 manatdır. Şirkətin qanuni təmsilçisi də direktor özüdür. Yerli mətbuatda "Karkas" ASC-nin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun biznesi olsuğu barədə məlumatlar yer alıb.