Kirayə evlərlə bağlı vacib məlumat - Ev sahibləri... - VİDEO

İQTİSADİYYAT
19:39 / 09.05.2024
468

Mənzil kirayə veriləndə vətəndaşla ev sahibi arasında kirayə müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən də ödənişin məbləği və tarixi bəlli olur. Bəs kirayəçi pulu vaxtında ödəməsə evdən çıxarıla bilər?

Bu barədə əmlak eksperti Ramil Qasımov danışıb.

O “Xəbərin olsun” verilişinə açıqlamasında kirayə haqqının vaxtında ödənilmədiyi təqdirdə ev sahibin onu evdən çıxarmaq hüququ olduğunu deyib:

“Problem birinci növbədə kirayə haqqının ödənilməməsindən yaranır. Bu halda pulun verilmə vaxtı tamam olanda ev sahibi mənzilə daxil olur və kirayə qalan şəxsdən evin boşaldılmasını tələb edir. Çünki vatında kirayə pulunu ödəyə bilmir. Təbii ki, bu məsələlər hamısı müqavilə ilə tənzimlənməlidir. Müqavilədə müəyyən müddət verilməlidir. Tutaq ki, kirayə pulu ayın 1-də verilməlidir, 5-nə qədər vaxt qoyulub. Əgər verilməyibsə, ödəmə vaxtında həyata keçirilməlidir. Əks halda ev sahibinin haqqı var ki, həmin müqaviləyə xitam versin”.

Ramil Qasımov onu da qeyd edib ki, ev sahibi ilə kirayəşin arasında notarial qaydada müqavilə imzalanmalıdır. Çünki müqavilə kirayə haqqı ödəyən şəxsin də hüquqlarını qoruyur:

“Hər iki tərəf bu prosesi müqavilə ilə tənzimləməlidir. Bu müqavilə kirayə haqqı ödəyən şəxsə daha çox sərf edir. Çünki o bu müqavilə ilə, ödəmə vaxtı tamam olsa da, ev sahibindən bir neçə gün əlavə olaraq gözləməsini istəyə bilər”.

Ətraflı videoda:

0