Mal-qara ilə baş verən qəzalarda hallarda məsuliyyəti kim daşıyır?

İQTİSADİYYAT
15:35 / 12.05.2024
499

4 gün əvvəl Zərdabda yola çıxan  iribuynuzlu heyvanları vuran sürücü ağır yol-nəqliyyat hadisəsi törədib.  Nəticədə sürücü  dünyasını dəyişib.

"Xəzər TV" xəbər verir ki, belə qəzalar bir daha magistral yollarda təhlükəsizlik məsələsini aktuallaşdırır.

Sürücülər deyir ki, xüsusən günün qaranlıq vaxtlarında mal-qaranın nəzarətsiz qalması, heyvanların magistral yollardan kortəbii şəkildə keçirilməsi yol-nəqliyyat hadisələrinə səbəb olur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki,  heyvan sahibləri mal-qaranı asfalt və sement-beton örtüklü yollara nəzarətsiz ötürməməlidirlər.

Ekspert baş verən bu kimi qəza zamanı kimin məsuliyyət daşıdığına aydınlıq gətirib.

0