“Dünyada avro və dolların hegomonluğu get-gedə azalır”.
Bunu Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
Ə.Həsənov bildirib ki, həmin valyutaların zəifləməsinə səbəb o valyutaların mənsub olduğu ölkələrin dünyadakı gücü və yerinin azalması ilə bağlıdır:
“Artıq həmin ölkələrin siyasi, iqtisadi, hərbi cəhətdən rolları zəifləyir. Bu da valyutaların məzənnəsinə təsir edir. Dollar və avronun zəifləməsi adi insanlara təsir etməyəcək, daha çox ölkələrə şamil olunacaq”.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, indi nə dollar, nə də avro heç kimə lazım deyil:
“Bu artıq təkcə Belarus və Rusiyada deyil, bu, bir çox ölkədə belədir”.
Sevinc