"Heyvandarlıq sahəsinin inkişafı yalnız işğaldan azad edilmiş ərazilərdə mümkündür"

İQTİSADİYYAT
20:59 / 13.05.2024
365

“Hazırda Azərbaycanın ətə olan təlabatın yarıdan çoxu  idxal hesabına təmin olunur”.

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.

O bildirib ki, heyvandarlıq sahəsinin inkişafı işğaldan azad edilmiş ərazilərə qalıb:

"Həmin ərazilərdə heyvandarlığı inkişaf etdirmək üçün tamamilə təmizlənmə işləri aparılmalıdır. Məlumdur ki, Kəlbəcərin, Laçının geniş otlaq sahələri var, hansı ki, ora əkin üçün yararlı deyil, heç ağac da əkmək mümkün deyil. Hansı ki, oralarda yalnız birillik bitkilər, otlar, kollar bitir. Həmin ərazilərə heyvanların köçürülməsi, bəslənməsi üçün minalar tamam təmizlənməli, təhlükə tam aradan qalxmalıdır. Fermerlərimiz, heyvandarlıqla məşğul olan əhalimiz o yaylaqlara sərbəst gedə bilməlidirlər, heyvanların o yaylaqlara aparmalıdırlar”. 

Sevinc

0