Dollara maraq niyə azalıb?

İQTİSADİYYAT
22:56 / 17.05.2024
556

Mərkəzi bankin növbəti valyuta hərracında 44,9 milyon ABŞ dolları satılıb. Bu barədə AMB-dən məlumat verilib.

Bildirilib ki, bir neçə gün əvvəl Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 44,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Bu, daha öncə mayın 14-də keçirilən hərracda olan tələbatla müqayisədə 62,2 milyon ABŞ dollar və ya 2,4 dəfə azdır.

Bir müddət əvvəl ölkəmizdə dollar alışının kəskin artması barədə xəbərlər yayılırdı. İndiki rəqəmlər bunun əksini göstərir.  

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a deyib ki, ilin əvvəlində dollara tələbatın artması mövsumi idi. 

Onun dediyinə görə, müştərilərin tələbatına əsasən dollara tələbat artır: 

"Onu da deyim ki, dollar fiziki şəxslərə deyil, daha çox sahibkarlara lazım olur. Şirkətlər hansısa ölkədən mal alanda onlara dollar lazım olur. Vaxtaşırı dollara tələbat artır ya da azalır. hazırda dollara maraq yüksək deyil".

Sevinc

0