Yaz başlayandan ölkədaxili turizm vüsət alıb.
Hər həftə sonlarında onlarla avtobus ölkənin müxtəlif dağlıq rayonlarına yerli turistlərdən ibarət qruplar daşıyır.
Turizm şirkətləri bu səfərlərdən qazanc əldə edir, yüzlərlə insan bu tur şirkətlərində məşğulluq tapırlar.
Bura qədər hər şey əladır. Avtobuslarda sərnişinlərin əyləncəsi tərtib edilir, tur rəhbərləri ən görməli məkanlara səfər proqramları düzənləyirlər.
Elə bu tur rəhbərləri karvanlarınl öncədən danışdıqları restoranlara aparır, nahar yeməkləri həmin restoranda təşkil olunur.
Qonaqlar çatmazdan 2 saat öncə yemək sifarişləri də verilir.Bax əsl problem burada başlayır.
Məkanına 50 -yə yaxın müştərinin gələcəyini bilən restoran sahibi xidməti düzgün təşkil etmir, tualetlər səliqəsiz,çox zaman yox deyiləcək qədər pis, yeməklər çox gec, həm də alaçiy gəlir. Çox zaman da dəyişik ofisiantlar, peşəkarlıqdan uzaq, kobud rəftar.
Sən gələn qonaqlarından qazanc götürəcəksənsə,ona uyğun xidməti də təşkil etməlisən.
Turistdir deyib, 3 manata satacağın yeməyi 10 manata satmağın az deyilmiş kimi, vaxtında xidmət göstərməyib , turistin həm zamanını.həm pulunu oğurlayırsan,üstəlik əsəbləri ilə oynayıb,istirahətini burnundan tökürsən.
İllər keçir, turizm bölgəsi olan rayonlarımızda xidmət səviyyəsi yüksəlmir ki yüksəlmir.Sonra da deyirlər,müştərinin ayağı kəsildi. Kəsilmədi, siz özünüz işıq gələn yerə barmaq tıxadınız.
Murad