Azərbaycanda iki yerə bölünən tikinti şirkətinin külli miqdarda vergi borcu yaranıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, söhbət "Kontinent İnşaat" MMC-dən gedir.
Şirkətin hazırda yığılmış vergi borcunun məbləği 5 456 439,78 manat təşkil edir.
Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Qeyd edək ki, "Kontinent İnşaat" tikinti şirkəti 2010-cu ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Mahmudov Araz Ucal oğludur. İnşaat şirkəti ötən həftə iki yerə bölünərək yenidən təşkil olunub. Mayın 17-də şirkətin ümumi yığıncağının qərarına əsasən, "Future Construction" MMC "Kontinent İnşaat"dan ayrılıb.