Ucar rayon sakinlərindən Hit.az redaksiyasına daha bir şikayət daxil olub.
Rayon sakinləri bildirirlər ki , asudə vaxtın təşkili üçün heç bir şərait yaradılmayıb:
"Rayonda insanların üz tutub, ailəvi istirahət edəcəkləri heç bir məkan yoxdur. Nə parklar, nə uşaq əyləncə, oyun mərkəzləri, nə kino, nə də mədəniyyət evi. Dövlət tərəfindən tikilmiş qurumların da ağzını qıfıllayıb, təzə saxlayırlar. Rayon sakinləri dincəlmək üçün Göyçay, Mingəçevir, Ağdaş rayonuna getməli olurlar. İstirahət zonaları təşkil etmək bu qədərmi çətindir?Parklar, yaşıllıqlar salınsa , uşaqlar üçün əyləncə mərkəzləri yaradılsa, bu həm də məşğulluğun artırılması demək deyilmi?".
Ümid edirik, rayon rəhbərliyi sakinlərin şikayətini nəzərə alıb, tədbir görəcək.
Murad