1 qəpiklərə ehtiyac var idi?

İQTİSADİYYAT
20:21 / 27.05.2024
292

“Aşağı nominallı qəpiklərin dövriyyədə problem yaratması qanun pozuntusudur. İnsanlar nağd ödəniş edən zaman onlara xırda pul qaytarılmırdı”. 

Bu sözləri Hit.az-a iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, alış-veriş zamanı satıcılar 1-3-5 qəpikliklərin olmamasını səbəb gətirərək, qalığı geri qaytarmırdı:

"Bu səbəbdən də xırda nominallı pullar yenidən dövriyyəyə buraxılıb. Bunun edilməsində məqsəd nağd ödənişlərin qaydasında olmasıdır. Nağdsız ödənişlər kimi nağd ödənişlər də öz qaydasında olmalıdır. Qəpikdə ödəniş vasitəsidir, onu qəbul etməmək qanun pozuntusudur”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) nominal dəyəri 1 qəpik olan yenilənmiş metal sikkələri dövriyyəyə buraxıb. Sikkənin arxa tərəfində yeni dizayn elementləri kimi dövlət gerbi, o cümlədən əsginasın buraxılış ili əlavə edilib. Yeni dəmir sikkələr köhnələri ilə birlikdə dövriyyədə olacaq.

Sevinc

0