Azərbaycan bir sıra türk dövlətləri ilə elektron gömrük sistemini yaradır

İQTİSADİYYAT
18:42 / 29.05.2024
389

“Orta Dəhliz Türk dövlətləri üçün beynəlxalq yükdaşımalarda gəlirləri artırmaq baxımından yeni imkandır. Orta Dəhliz vasitəsilə yüklərin daşınması zamanı gömrük prosedurunun sadələşdiriləcək”. 

Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib. 

O bildirib ki, Azərbaycan bir sıra türk dövlətləri ilə elektron gömrük sisteminin yaradılması istiqamətində işlərini davam etdirir. Bu işlərin görülməsində məqsəd türk dövlətlərini əhatə edən gömrük dəhlizinin formalaşmasıdır:

 “Bu türk dövlətləri ilə iqtisadi inteqrasiyasını inkişaf etdirməklə yanaşı, gəlirlərin artması baxımından yeni imkan sayılır”.

Sevinc

0