“İdxal olunan ətin qiymətinin qalxması daha çox ət məhsullarının qiymətinə təsir edəcək. Ətdən hazırlanan bütün məhsulların satış qiyməti yüksələcək”.
Bu fikri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.
O qeyd edib ki, hazırda ət bazarında bahalaşma müşahidə olunur:
“Bu da ölkədə ətin qıtlaşması ilə bağlıdır. Məlumdur ki, Gürcüstandan ölkəmizə diri heyvan idxal dayanıb. Gürcüstandan gətirilən heyvan ətlərinin Azərbaycan bazarında xüsusi rolu var idi. Ona görə də ətin qiyməti yüksəlməkdə davam edir. Qurban bayramı ilə əlaqədar olaraq, qarşıdakı iki həftə ərzində də ətin satış qiyməti daha da artacaq. Qiymət artımı daha çox topdansatış məntəqələrində özünü göstərəcək”.
Sevinc