Bakı dünyanın səyahət etməli şəhərləri siyahısında birinci onluğa düşüb.
Hit.az-ın məlumatına görə, siyahını nüfuzlu səyahət saytlarından biri tərtib edib.
Bəs ölkəmizə gələn turistlər məmnun qayıdırlarmı? Onları narazı salan hansı məqamlar var?
Bu barədə kiçik bir araşdırma apardıq.
Hit.az-ın İçərişəhərdə turistlər arasında keçirdiyi sorğuya əsasən, turistlər qiymətlərin çox baha olmasından narazıdırlar.
"Bakıda xidmət səviyyəsi yaxşı olsa da, regionlara səfər zamanı xidmət almaq çətin olur"-
yaponiyalı turist belə düşünür.
Alman turist isə Bakıda hostel tapmağa çətinlik çəkdiyini bildirib.
Hindistanlı turistlər bölgələrə üz tutarkən ingilis dilini bilən adamların olmadığına görə problem yaşadıqlarını söyləyiblər.
Ərəblər üçünsə hər şey əladır. Belə baxanda yerlilər ərəb turistlərdən daha çox əziyyət çəkirlər, nəinki turistlər onlardan.
Turizm Türkiyə kimi böyük bir ölkənin əsas gəlir mənbəyidir. Buna isə peşəkar və yüksək keyfiyyətli xidmətlə nail olublar. Həm iqlim həm gözəl təbiət , həm də gözəl insanlarımız var. Çatışmayan nöqsanları həll etməklə turizmdən gəlirlərini qat-qat artırmaq olar. Həm ölkəmiz qazanar, həm vətəndaşlar.
Murad