“Xruşovka” adlanan binalarda mənzillərin kütləvi satışa çıxarılması əmlak bazarına təsir etməyəcək. Çünki həmin mənzillər adətən investisiya məqsədilə mənzilləri alırlar. Alınan o mənzil ya kirayə verilir ya da müəyyən məqsəd üçün istifadə olunur”.
Bu sözləri Hit.az-a əmlak məsələləri üzrə Ramil Osmanlı deyib.
O qeyd edib ki, mənzili alanlar bilir ki, müəyyən müddət sonra həmin binalar söküləcək.
Qarşılığında isə vətəndaşa ya hansısa binadan ev veriləcək ya müəyyən məbləğdə pul:
“Istər-istəməz bu hal vətəndaşa iqtisadi baxımdan sərfəlidir. Yəni belə binalarda yerləşən mənzillərin alıcıları da yatırımçılar olur”.
Sevinc