"Unun xammalı olan buğda dünya bazarında ucuzlaşır. Qarşıdakı aylarda ucuzlaşmanın davam edəcəyi gözlənilir.
Dünyada buğda istehsalı 12 faiz artıb. Bu səbəbdən də dünya bazarında buğdanın qiyməti ucuzlaşır.
Rus buğdasının qiyməti təxminən 220 dollardır. Tonu 220 dollara olan buğdadan alınan unun maya dəyəri 42-43 qəpikdir. Ancaq hazırda unu 60 qəpiyə satırlar. Bu bahalaşma buğda idxalçıları, çörək istehsalçılarının birgə razılaşması əsasındadır”.
Bu fikirləri Hit.az-a Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.
O bildirib ki, süni şəkildə unu bazara qıtlaşdırırlar ki, unun satış qiyməti yüksəlsin:
"Çörəyin qiymətinin ucuzlaşmasına əsas qalmasın. Hökumət onlara deyə bilməsin ki, zavod çörəyinin maya qiyməti hazırda 20 qəpik olduğu halda 50 qəpiyə satılır. Un ucuzlaşanda buğda idxalçıları, çörək istehsalçıları qiymətin düşməməsi üçün belə bir addım atırlar. Sahibkarların süni şəkildə təşkil etdiyi oyuna görə unun satış qiyməti yüksəlib”.
Sevinc