Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

İQTİSADİYYAT
18:07 / 07.06.2024
379

Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 637 milyon manata çatıb.

Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 636,99 milyon manat təşkil edir. 

Mərkəzi Banka 770 milyon manatlıq bina lazımdırmı?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, Mərkəzi Banka təzə bina lazım ola bilər, ancaq bu qədər sərf ediləcək səviyyədə olması çox maraqlıdır:

“Yaxşı olar ki, Mərkəzi Bank özü bu barədə açıqlama versin ki, niyə bu qədər vəsait sərf olunub və niyə bahadır? Hesab edirəm ki, yeni bina olduqca böyük olacaq. Həmin binada Mərkəzi Bankla yanaşı, digər dövlət orqanları da yerləşdirilə bilər. Bu kimi məsələlərə qurumun özü cavab verməlidir”.

Sevinc

0