Unun qiyməti ucuzlaşacaq?

İQTİSADİYYAT
21:13 / 12.06.2024
569

“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində un istehsalçıları ilə görüşün təşkil olunmasının səbəbi unun satış qiymətinin süni şəkildə qaldırılmasıdır. Bu görüşün müsbət nəticəsi olacaq. Yəni unun qiymətini suni şəkildə qaldıranlar qiymətini endirəcək”. 

Bu fikri aqrar sahə üzrə ekspert Akif Nəsirli Hit.az-a şərhində deyib. 

O bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin unun qiymətinə təsir imkanı olmasaydı belə bir görüş təşkil etməzdi.

Qeyd edək ki, ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində un istehsalçıları ilə görüş keçirilib. Görüşdə mövcud qiymət dinamikası, Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın mövcud qiymətləri və bu qiymətlərin daxili bazarda un qiymətləri ilə mütənasibliyi müzakirə edilib.

Sevinc

0