Azərbaycanın nəqliyyat gəliri artır - ŞƏRH

İQTİSADİYYAT
17:17 / 14.06.2024
311

“Nəqliyyat sahəsinin inkişafı qeyri-neft sektorunun genişlənməsi baxımından önəmlidir”.

Bu fikri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib. 

O bildirib ki, nəqliyyat sahəsində gəlirin artması önəmlidir:

“Daxili nəqliyyat şəbəkəsinin ölkə üzrə yüklərin daşınan həcminin artması baxımından vacibdir.  Bu Orta Dəhlizin daha aktiv şəkildə reallaşması anlamına gəlir. Nəqliyyat gəlirinin artması məşğulluq baxımından da əhəmiyyətlidir”. 

Qeyd edək ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəsmi “X” hesabında məlumat yayaraq, bildirib ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artaraq, 5,4 milyard manat olub. 

Sevinc

0