Dövlət Gömrük Komitəsi (DGK) “SMT İnşaat” MMC barəsində inzibati iş başlayıb.
Hit.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham edilir.
İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
485.2-ci maddədə qeyd edilir ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Anar